Ceyhun Bayramov: “Mina azərbaycanlılar və ermənilər arasında fərq qoymur”

“Qonşu dövlətlərə qarşı qanunsuz tələblərin irəli sürülməsi və bu cür addımların atılması siyasətinin heç bir perspektivi yoxdur”.

Oxu.Az-ın məlumatına görə, bunu bu gün Azərbaycanda rəsmi səfərdə olan Qırğız Respublikasının xarici işlər naziri Ruslan Kazakbayevlə görüşdən sonra keçirilən brifinqdə xarici işlər naziri Ceyhun Bayramov bildirib.

Onun sözlərinə görə, Ermənistanda bunun əksini düşünənlər varsa, onlar 30 illik təcavüz siyasətinin nəticəsi olaraq bugünkü vəziyyətə nəzər salsınlar:

“Nəticə etibarilə bunun Ermənistana nə verdiyini özləri təhlil etsinlər. Biz uzun illər deyirdik ki, təcavüz siyasətinin sonu yoxdur. Qonşularla münasibətlər normallaşmalıdır, ölkələr arasında beynəlxalq sərhədlər müəyyən edilməlidir”.

C. Bayramov qeyd edib ki, Ermənistan mina xəritələrini təqdim etməlidir:

“İki gün əvvəl bu bölgədə üç erməni də minaya düşüb, aralarında ölən və yaralananlar var. Mina azərbaycanlılar və ermənilər arasında fərq qoymur”.

İlhamə Əbülfət

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir