Ceyhun Bayramov Vaterlooda Natəvanın abidəsini ziyarət etdi – FOTO

Belçika Krallığında işgüzar səfərdə olan Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov Vaterloo şəhərində Azərbaycanın görkəmli şairi, Qarabağ şahzadəsi Xurşidbanu Natəvanın abidəsini ziyarət edib və abidənin önünə tər çiçəklər qoyub.

Bununla bağlı fotoları XİN yayıb.

Bildirilib ki, Azərbaycan şairi Xurşidbanu Natəvanın abidəsi Vaterloo şəhərinin mühafizə edilən tarixi abidələr siyahısına daxildir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir