Ceyhun Bayramov: “Yaranan imkandan tək Azərbaycan və Ermənistan deyil, bütün region ölkələri bəhrələnəcək”

“Ötən il Zəfərlə tamamlanan Vətən müharibəsi əməkdaşlığın genişləndirilməsinə yeni üfüqlər açıb”. 

Oxu.Az az xəbər verir ki, bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov VIII Qlobal Bakı Forumunda panel müzakirələri zamanı deyib. 

O bildirib ki, beynəlxalq səviyyədə sərhədlərin tanınması vasitəsilə Ermənistanla əlaqələr normallaşacaq: 

“Sərhədlərin tanınması ilə yeni münasibətlər formalaşacaq. Yaranan imkandan tək Azərbaycan və Ermənistan deyil, bütün region ölkələri bəhrələnəcək”, – deyə C.Bayramov əlavə edib. 

Onun sözlərinə görə, böyük ölkələr bu prosesə dəstək verir:

“Bu tək Cənubi Qafqaza deyil, ümumilikdə dünya üçün müsbətdir”.

Aqşin Kərimov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir