Ceyhun Bayramov: “Yeni dünya nizamı ədalətə söykənməlidir” – FOTO

“Yeni dünya nizamı ədalətə söykənməlidir”. 

Oxu.Az-ın məlumatına görə, bunu xarici işlər naziri Ceyhun Bayramov VIII Qlobal Bakı Forumunda çıxış edərkən deyib.

O bildirib ki, BMT Təhlükəsizlik Şurasının çıxardığı qətnamələr icra edilmir.

“Xatırlatmaq yerinə düşər ki, Ermənistanla Azərbaycan arasında yaranmış münaqişə nəticəsində torpaqlarımız 30 il ərzində işğal altında saxlanılıb. BMT Təhlükəsizlik Şurasının tərəfindən ərazilərimizin qeyd-şərtsiz boşaldılması ilə bağlı 4 qətnamə qəbul edilmişdi. Ancaq bu icra edilmədi”,-deyə C.Bayramov əlavə edib.

O bildirib ki, BMT-nin öz qətnamələrini icra edə bilməməsi quruma etimadın azalmasına gətirib çıxarıb.

Aqşin Kərimov

FOTO: Firudin Səlimov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir