Ceyhun Bayramovdan İran maşınlarının Qarabağa qanunsuz səfəri ilə bağlı AÇIQLAMA

“Azərbaycanın Qarabağ bölgəsinə İrandan maşınların keçməsi ilə bağlı narahatlığımız İran tərəfinə çatdırılmışdı. Buna baxmayaraq, belə hallar davam edib”.

APA-nın məlumatına görə, bunu xarici işlər naziri Ceyhun Bayramov deyib.

Nazir bildirib ki, daha sonra Azərbaycan ərazisində yoxlama tədbirləri keçirilən zaman İran şirkətlərinə məxsus iki nəqliyyat vasitəsinin qanunsuz olaraq Azərbaycan ərazisinə daxil olması faktları aşkar edilib, həmin sürücülər saxlanılıb, maşınlar müsadirə edilib:

“Sonradan müxtəlif istiqamətlər, o cümlədən diplomatik kanallar vasitəsilə danışıqlar davam etdirildi. Hesab edirəm ki, bu istiqamətdə normal nəticə əldə olundu.

İranın Şəhərsalma və Nəqliyyat Nazirliyi daxilində olan müvafiq qurum tərəfindən bu istiqamətlə bağlı rəsmi açıqlama verilib”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir