Ceyhun Bayramovdan təbrik mesajı – FOTO

Xarici işlər naziri Ceyhun Bayramov 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqını təbrik edib.

Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri bu barədə özünün “Twitter” səhifəsində yazıb.

“31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə xalqımızı səmimi qəlbdən təbrik edir və ən xoş arzularımı çatdırıram.

Yaşasın müstəqil, firavan, güclü Azərbaycan və Azərbaycan xalqı! Bayramınız Mübarək!”, – nazir qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir