Ceyhun Bayramovdan Türkiyə şirkətlərinin Qarabağdakı iştirakı barədə yeni ANONS

“Türkiyə şirkətləri Qarabağda sərmayələr qoyurlar və bu işdə çox fəaldırlar”.

Ria24.Az-ın məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birgə mətbuat konfransında deyib.

Nazir qeyd edib ki, Mövlud Çavuşoğlu ilə bu məsələləri müzakirə edib. O bildirib ki, gələcəkdə Türkiyənin rezidentlər müəssisələri Qarabağda fəal iştirak edəcəklər.

“Ümid edirik ki, onlar Qarabağın dirçəldilməsi işində aktiv olacaqlar”, – deyə Ceyhun Bayramov əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.