Cocuq Mərcanlı sakini: “Biz heç kimdən, heç nədən qorxmuruq” – FOTO/VİDEO

Düşmən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndini Azərbaycan Ordusunun əks-hücum əməliyyatı başlayandan atəşə tutur.

Oxu.Az-ın cəbhə bölgəsində olan müxbirinin verdiyi məlumata görə, raketlərdən biri Cocuq Mərcanlıda dinc sakinin yaşadığı evin həyətinə düşüb:

“Azərbaycan hökuməti Cocuq Mərcanlıda əhalinin yaşayışı üçün yeni binalar inşa edib. Gördüyünüz kimi, ətrafdakı yaşayış evləri yenidir.

Ermənilər yaşayış məntəqələrini artilleriya atəşinə tutaraq, Azərbaycan dövlətinin öz əhalisi üçün yaratdığı infrastrukturu məhv edir. Bu da bir daha Ermənistanın bugünkü idarəçiliyinin cinayətkar xarakter daşıdığını sübut edir”.

Kənd sakinləri düşməndən qətiyyən qorxmur və çəkinmir:

“Azərbaycanın igid, qorxmaz oğulları, güclü ordusu olduqca, biz heç kimdən, heç nədən qorxmuruq. Biz şərəflə yaşamışıq, şərəflə də yaşayacağıq”.

Həmin görüntüləri təqdim edirik:

Rauf Nəsirov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir