Corc Dik: “Ümid edirik ki, İsraildə Azərbaycan səfirliyi açılacaq”

“İyulun 29-da İsrailin Təl-Əviv şəhərində Azərbaycan Respublikasının Ticarət və Turizm nümayəndəlikləri açılıb. Ümid edirik ki, gələcəkdə İsraildə Azərbaycan səfirliyi açılacaq”.

Oxu.Az xəbər verir ki, bunu keçirdiyi mətbuat konfransında İsrailin Azərbaycandakı səfiri Corc Dik deyib.

O bildirib ki, Azərbaycan rəsmilərinə, o cümlədən iqtisadiyyatı naziri Mikayıl Cabbarova təşəkkür edir:

“Çünki iqtisadiyyat naziri də daxil olmaqla Azərbaycan rəsmiləri Azərbaycan-İsrail əlaqələrinin güclənməsinə töhfə verirlər”, – deyə o əlavə edib.

Səfir qeyd edib ki, İsrail Azərbaycanla strateji münasibətləri inkişaf etdirməyi prioritetləri sırasına daxil edib.

Aqşin Kərimov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir