“Daily Sabah” qəzetində “Erməni təcavüzünün və qlobal böhranın Azərbaycana təsiri” adlı məqalə dərc edilib

Yüksək səviyyəli azərbaycanlı menecer və sahibkar Rauf Rüstəmovun “Daily Sabah” qəzetində “Erməni təcavüzünün və qlobal böhranın Azərbaycana təsiri” adlı məqaləsi dərc edilib.

Müəllif qeyd edir ki, Ermənistan Dağlıq Qarabağ bölgəsini və onunla sərhəddə olan yeddi rayonu işğal altında saxlayır, amma dünya bu təcavüzə gözlənilən səviyyədə reaksiya vermir.

Müəllif əmindir ki, Türkiyəli parlamentarilərin düzgün reaksiyası və türk millətinin dəstəyi ilə bu vəziyyət beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılacaq.

Bununla yanaşı, qeyd olunur ki, Azərbaycan hökuməti Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə sıx əməkdaşlığını davam etdirərək, pandemiya vəziyyətinin milli böhrana çevrilməməsi üçün vaxtında və düzgün qərarlar qəbul etdi. Virusla mübarizəyə dəstək vermək üçün lazımi sərmayələr ayrıldı.

Müəllif qeyd edir ki, neft və onunla əlaqəli olan sənaye sistemi COVID-19 böhranından təsirləndiyi vaxtda, Azərbaycanın neftdən asılılığını azaltmaq üçün 2008-ci ildən bəri həyata keçirdiyi sənaye keçidi bu təsirin minimuma endirilməsinə kömək etdi.

Məqalədə gözlənilməz qlobal böhran dövründə Azərbaycan-Türkiyə əməkdaşlığından müsbət nəticələr qazandığımız da qeyd olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir