Denis Denisov: “Ermənistanın qarşısında çox çətin seçim var”

“Ermənistan cəmiyyəti, xüsusən də indiki kimi çətin vəziyyətdə həqiqətən də qütbləşib”.

Bu sözləri Rusiya Sülhməramlı Təşəbbüslər və Konfliktologiya İnstitutunun direktoru Denis Denisov Oxu.Az-a açıqlamasında deyib.

“Təbii ki, kimsə günahı Rusiyanın boynuna qoyur (Azərbaycanla müharibədə məğlubiyyətə görə – red.). Burada təəccüblü nəsə yoxdur”, – deyə o bildirib.

D.Denisov sosioloji araşdırmaları əsas götürərək Ermənistan vətəndaşlarının Rusiyaya meyilli olduğunu göstərir. Lakin, analitikin fikrincə, çoxları Avropa İttifaqı və Şimali Atlantika Alyansı ilə inteqrasiyanı alternativ yol hesab edirlər.

“Yeri gəlmişkən, Azərbaycanın Türkiyə ilə bağlı başqa alternativi var. Bəzi Mərkəzi Asiya dövlətləri üçün Çin müəyyən alternativə çevrilə bilər.

Amma elə gətirib ki, Ermənistanın qarşısında çox çətin seçim var. Qərb amilinin mövcudluğuna yönəlmiş ideoloji və bəlkə də təşkilati iş aparmağa çalışan təsir agentlərini heç kim ləğv etmədi. Bu, heç də hər zaman Ermənistanın xeyrinə işləmir, biz bunu görürük.

Nümunə kimi göstərdiyiniz bu cür bəyanatlar və şüarlar ilk növbədə erməni cəmiyyətini parçalayır və eyni zamanda Ermənistanda daimi siyasi böhran hökm sürür”, – deyə rusiyalı mütəxəssis qeyd edib.

O vurğulayıb ki, Nikol Paşinyanın Rusiya Federasiyası ilə maksimum inteqrasiya tərəfdarı olmamasını Moskvada çox yaxşı anlayırlar. Eyni zamanda, Rusiya öz siyasətini Ermənistanda mövcud olan reallıq əsasında qurur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir