Deputat: “Fransa prezidentinin mövqeyi neytral vasitəçiliyin tələblərinin kobud şəkildə pozulmasıdır”

“Bu gün tarixi ədalət uğrunda mübarizə Fransada, BMT-də deyil, Ağdərədə aparılır”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Kamal Cəfərov deyib.

O bildirib ki, Fransa Prezidentinin mövqeyi neytral vasitəçiliyin tələblərinin kobud şəkildə pozulmasıdır:

“Makronun bu mövqeyi elə ən birinci Fransa hökumətinin maraqlarına ziddir. Makronu bu mövqeyi Azərbaycan və Fransa arasında olan dostluq münasibətlərinə xələl gətirə bilər. ATƏT-in Minsk Qrupunun, BMT-nin əsas işi BMT-nin icra edilməmiş dörd qətnaməsinin icrasını təmin etmək idi.

Bunu etməyibsə, Azərbaycan Ordusu beynəlxalq hüququn bütün prinsiplərinə cavab verən əks-hücum əməliyyatları ilə torpaqlarının suverenliyini və ərazi bütövlüyünü təmin edəcək. BMT Nizamnaməsinin 51 maddəsi Azərbaycana bu haqqı verir. Azərbaycanın bu mübarizəsi haqq mübarizəsidir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir