Deputat hamilə qadınlardan peyvənd sertifikatının tələb olunmasını tənqid etdi

“Bəzi təhsil müəssisələrində hamilə qadınlardan və uşaq əmizdirən analardan koronavirusa qarşı peyvənd sertifikatı tələb edilir”. 

Oxu.Az-ın məlumatına əsasən, bunu Milli Məclisin iclasında deputat Rəşad Mahmudov deyib. 

O bildirib ki, hamilə qadınlara “Əks-göstəriş sertifikatı” verilməsi də düzgün yanaşma deyil. 

“Hamilə qadınlara “Əks-göstəriş sertifikatı” verilməsi də hüquqi baxımdan düzgün deyil. Ona görə təklif edirəm ki, hamilə qadınlardan və uşaq əmizdirən analardan peyvənd və “Əks-göstəriş sertifikatı” tələb olunmasın”, – deyə R.Mahmudov əlavə edib. 

Aqşin Kərimov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir