Deputat Nazirlər Kabinetini “altıncı uşağ”a görə tənqid etdi

“Qanun qəbul etmişik ki, altıncı uşağı olan valideynlərə müavinət verilsin. Amma Nazirlər Kabineti qərar verir ki, həmin uşağın 1 yaşı olandan sonra müavinət kəsilə bilər”. 

Ria24.Az-ın məlumatına əsasən, bunu Milli Məclisin iclasında deputat Fazil Mustafa deyib. 

“Sən o müavinəti ver ki, uşaq 1 yaşına qədər sağ qalsın. Bəs biz qanunları niyə qəbul edirik?”, – deyə o bildirib. 

Millət vəkili qeyd edib ki, pensiya yaşı, qanunsuz şəkildə cərimələrin yığılması halları da mövcuddur.

“Problemləri yarımçıq saxlamaq olmaz. Problemlər yarımçıq qaldıqca, Qarabağda da işlər yarımçıq olacaq”, – deyə Fazil Mustafa əlavə edib. 

Aqşin Kərimov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.