Deputat: “Qiymətlər artsa da, bunun səbəbləri izah edilmir”

Milli Məclisin iclasında deputat Qüdrət Həsənquliyev Azərbaycanda qiymətlərin bahalaşmasından danışıb.  

Oxu.Az xəbər verir ki, Q.Həsənquliyev qiymətlər artsa da, bunun real səbəbləri izah edilmir. 

“Səbəblər aydın göstərilmir, amma adını qoyurlar ki, bu, idarəetmənin təkmilləşdirilməsidir. Çalışırlar izah etsinlər ki, bu, xalqın xeyrinədir”, – deyə Q.Həsənquliyev əlavə edib. 

Millət vəkili qeyd edib ki, pensiyaçılar, aztəminatlı ailələr bahalaşmadan daha çox əziyyət çəkir.

Aqşin Kərimov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir