Deputat: “Tələbələr Qarabağda tikintidə iştirak edə bilərlər, pul da istəməyəcəklər” – VİDEO

“Azərbaycan gəncləri gedib Qarabağda işləməlidir. Bu, 10 minə qədər işçi qüvvəsi deməkdir”.

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Aqil Abbas tələbə-inşaat dəstələrinin yaradılmasını təklif edərkən deyib.

“Azərbaycan gənci Qarabağda döyüşüb, qazi olub, şəhid olub. Bu gənclər indi də o tikinti işlərində iştirak edə bilərlər. Bütün tələbələr oraya könüllü gedib, o işlərdə iştirak edə bilər. Onlar pul da istəməyəcəklər”, – deyə deputat əlavə edib.

Ətraflı videonu təqdim edirik:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir