Deputat zabitlərin testdən keçirilməsini təklif edib

Gələcəkdə qanunvericilikdə kadr zabit heyətinin bəlli bir testə tabe olması, xüsusilə ehtiyata buraxılan zabitlərin vaxtaşırı testlə yoxlanılmasını təmin etməliyik.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.

O, müharibə şəraitində olduğumuzu vurğulayıb:

“Ehtiyatda olan zabitlərin testdən keçirilməsi vacibdir”.

Deputat təklif edib ki, parlament adından müraciətlə yanaşı, parlamentə daxil olan 11 siyasi partiyanın adından da ayrıca müraciətlər edilsin:

“Parlament partiyaları mexanizmini işlək hala gətirməliyik. Avropa ölkələrində partiyaların müraciətlərinə daha diqqətlə yanaşmalarını müşahidə edirik”.

Spiker Sahibə Qafarova bunun çox yaxşı mexanizm olduğunu qeyd edib:

“Gələcəkdə biz bunu nəzərə alarıq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir