Deputatlar yeni səfirliyin açılması təklifinə “hə” dedilər

Milli Məclisin iclasında “Azərbaycan Respublikasının Müqəddəs Taxt-Tacda Səfirliyinin təsis edilməsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb. 

Oxu.Az xəbər verir ki, parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov sənəd barədə məlumat verib. 

O, Azərbaycanla Vatikan arasındakı münasibətlərə diqqət çəkib. Bildirib ki, Azərbaycan Vatikanla münasibətlərə önəm verir. 

Millət vəkili ümidvar olduğunu bildirib ki, gələcəkdə Vatikanın da Azərbaycanda səfirliyi açılacaq. 

Müzakirələrdən sonra sənəd səsverməyə qoyulub. 

Deputatlar sənədin lehinə səs veriblər. 

Aqşin Kərimov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir