Dionis Kaptar: “Bakını ikinci Honq-Konqa çevirməyi təklif etdim”

Ötən gün Şuşada “Qafqaz regionunda sülhün möhkəmləndirilməsi problemləri” mövzusunda beynəlxalq konfrans keçirilib. Konfrans iştirakçıları Vətən Müharibəsinin yekunlarını müzakirə edib, regionda sülhün bərqərar olması yollarına dair fikirlərini bildiriblər.

Onlardan biri, tarixçi, publisist, “Den TV” telekanalının aparıcısı Dionis Kaptar Oxu.Az-a Şuşanın heyrətamiz gözəlliyindən və Azərbaycanın iqtisadi inkişafı ilə bağlı baxışlarından danışıb.

“Şuşanı çox bəyəndim və düşünürəm ki, dünyada onu görüb bəyənməyən insan ola bilməz. Bura turizm incisidir. Bu torpaqlara dinc həyat qayıdanda, şübhəm yoxdur ki, ölkəniz bura çoxlu sayda turisti cəlb etmək üçün əlindən gələni edəcək. Düzünü desəm mən həyatımda ilk dəfə dağlarda qar görürdüm və həyatımda heç vaxt bu qədər təmiz hava udmamışdım. Mənim üçün bura unikal yer və təkrarolunmaz həzzdir. Şuşanin gözəlliyini sonsuz təsvir etmək olar”, – deyə D.Kaptar bildirib.

O, dünyadakı iqtisadi möcüzələr barədə kitabın müəllifi olduğunu və Bakını ikinci Honq-Konqa çevirməyi təklif etdiyini də vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir