Dövlət başçısı: “Biz birlikdə şanlı tarix yazırıq”

“17 oktyabr nəinki Füzulilərin, eləcə də, Azərbaycanın tarixində əbədi yadda qalacaq. Bu, tariximizin ən parlaq səhifələrindən biridir”.

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev AzTV telekanalı vasitəsilə xalqa müraciətində deyib.

Prezident bildirib ki, biz birlikdə bu şanlı tarixi yazırıq:

“Bu anları səbirsizliklə gözləyən insanların əksəriyyəti vəfat edib. Lakin mən əminəm ki, onların da ruhu şaddır. Çünki onların dədə-baba torpaqları düşmən işğalından azad olunub”.

Könül Cəfərli

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir