Duma Paşinyanın Azərbaycanla sərhəddə KTMT-nin missiyası ilə bağlı təklifini siyasi addım hesab etdi

Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın Azərbaycanla sərhəd boyu KTMT-nin monitorinq missiyasının yerləşdirilməsi təklifi siyasi xarakter daşıyır.

“İnterfaks”ın məlumatına görə, bunu Rusiya Dövlət Dumasının MDB işləri üzrə Komitəsinin sədri Leonid Kalaşnikov deyib.

O, bu cür təhlükəsizlik məsələlərinin adətən pərdə arxasında həll olunduğunu vurğulayıb.

“Mətbuatın iştirakı ilə meydanlarda açıqlamalar siyasi xal qazanmaq, hökumət səviyyəsində, parlamentdə və ya digər yerlərdə özünütəsdiq üçün edilir”, – deyə Kalaşnikov əlavə edib.

O, Paşinyan müvafiq fikirləri əvvəlcə RF Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyevlə müzakirə etməli olduğunu hesab etdiyini bildirib.

Xatırladaq ki, Paşinyan KTMT-yə Ermənistan-Azərbaycan sərhədi boyunca monitorinq missiyası yerləşdirməyi təklif edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir