Düşmən Beyləqana iki ədəd kasetli bomba atıb – FOTO

Düşmən Beyləqana qadağan olunmuş kasetli bomba atıb.

Oxu.Az-ın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, bombalar Beyləqanın mərkəzinə düşüb:

“Atılan iki ədəd kasetli bomba partlamayıb. Təhlükəsizlik məqsədilə əraziyə yaxınlaşmağa icazə verilmir. Daha əvvəl Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) əməkdaşları tərəfindən əraziyə baxış keçirilib və zəruri tədbirlər görülüb”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir