Düşmən Gəncə şəhərinə 7 raket atıb – RƏSMİ

4 oktyabr tarixində saat 10:00 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə şəhərinin əhalinin sıx yaşadığı məntəqələr ağır artilleriya atəşinə tutulub.

Oxu.Az-ın müxbirinin məlumatına görə, bunu Azərbaycan Respublikasının Baş prokurorluğunun mətbuat katibi Günay Səlimzadə bu gün keçirilən brifinqdə deyib.

O bildirib ki, ümumilikdə düşmən Gəncənin müxtəlif istiqamətlərinə 7 raket atılıb:

“Atılan raketlərdən 5-i partlamayıb, qalan iki raketin partlaması nəticəsində isə bir mülki şəxs – 1999-cu il təvəllüdlü Əliyev Tunar Qoşqar oğlu həlak olub. 32 nəfər şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alan 32 nəfərdən 19-u qadın, 5-i isə uşaqdır. Eyni zamanda mülki infrastruktura və yaşayış məntəqələrinə külli miqdarda ziyan dəyib”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir