Emin Hüseynov Ağdamın dirçəlişindən danışdı – VİDEO

Azərbaycan Respublikası Prezidentinin Ağdam şəhəri üzrə xüsusi nümayəndəsi Emin Hüseynov şəhərin dirçəlişi barədə danışıb.

Emin Hüseynovun sözlərinə görə, şəhərin bərpası prosesini sistemli və qabaqcıl təcrübəyə əsaslanan hala gətirmək üçün təcrübəli beynəlxalq investorlar dəvət olunub. Şəhərin bərpasında həm Türkiyə, həm Rusiya, həm də Avropadan olan investorlar iştirak edir.

“Bütün bunlar tezliklə evlərinə qayıdacaqlarına ümid etdiyimiz vətəndaşlarımız üçün uyğun həyat şəraitinin yaradılması məqsədi daşıyır”, – deyə E.Hüseynov bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir