Emin Hüseynov: “İgid oğullarımız, Prezident ona görə əziyyət çəkməyib ki, səhlənkarlıq edilsin”

“Azərbaycanda elə bir tarix yazıldı ki, bunu heç kim gözləmirdi, düşmən heç gözləmirdi”. 

Oxu.Az-ın məlumatına görə, bunu Prezidentin Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilən (Şuşa istisna olmaqla) ərazilər üzrə xüsusi nümayəndəsi Emin Hüseynov “Prezident: Zəfərə davam, Zəfərə inam!” şüarı altında keçirilən təqdimatda çıxış edərkən deyib. Onun sözlərinə görə, artıq zamana qarşı mübarizə aparırıq: 

“Ağdamda olarkən sakinlərə və qonaqlara deyirəm ki, igid oğulların sayəsində bu torpaqlarda gəzirik. Vətəndaşların işğaldan azad olunan torpaqlara qayıtması üçün mücadilə aparırıq. Əgər sakinlər ora qayıtmasa, mübarizəmizin mənası olmaz”. 

E.Hüseynov qeyd edib ki, artıq Qarabağda əhalinin təhlükəsizliyinin təmin edilməsi üçün minatəmizləmə işləri həyata keçirirlər:

“Onların fədakarlığı nəticəsində Qarabağda quruculuq işləri aparılır. Müqəddəs borcumuzdur ki, səhv etməyək. İgid oğullarımız, Prezident ona görə əziyyət çəkməyib ki, səhlənkarlıq edilsin”.

O qeyd edib ki, ən önəmli işlərdən biri də Azərbaycanda iqtisadi rayonların bölgüsünün aparılmasıdır: 

“Bu bölgü ilə rayonların əhali sayı və iqtisadi baxımdan balanslaşdırılması baş verdi. Gələcəkdə bu rayonlarda iqtisadi proseslərin qurulması üçün potensial olacaq”.

İlhamə Əbülfət

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir