Engin Özer: “ABŞ-ın Qarabağ müharibəsində Ermənistana kömək etmək üçün real planı olmayıb”

Ermənistanın Respublika Partiyasının lideri Aram Sarkisyan (27 oktyabr 1999-cu ildə Ermənistan parlamentində terror hücumu zamanı öldürülən hərbi cinayətkar Vazgen Sarkisyanın qardaşı – red.) İrəvanın ABŞ-dan Türkiyə PUA-larına qarşı mübarizədə kömək istədiyini və Vaşinqtonun ABŞ istehsalı olan texnologiya ilə təmin etməyə razı olduğunu, ancaq bu vaxt müharibənin bitdiyini deyib. Bəs görəsən bu məlumat nə dərəcədə inandırıcıdır?

Türkiyəli politoloq Engin Özer Caliber.Az-a bununla bağlı münasibət bildirib.

Onun sözlərinə görə, bu məsələ bəzi düzəlişlərlə kifayət qədər inandırıcıdır.

““Bayraktar” pilotsuz təyyarələrinin istehsalı üçün xaricdən, məsələn, ABŞ-ın bəlkə də ən sadiq müttəfiqi olan Kanadadan gətirilən komponentlərin istifadə edildiyi nəzərə alınmalıdır. Çatdırılma Avstriya, Almaniya və digər ölkələrdən də həyata keçirilir”, – deyə politoloq bildirib.

Ekspert bu “Amerika hekayəsi”ndə iki ehtimalın olduğunu əlavə edib.

“Əvvəla, ermənilər indi qarşılıqlı inamsızlıq fonunu yaratmaqla ABŞ-Türkiyə danışıqlarını əngəlləməyə çalışır. İkincisi, amerikalılar (deyək ki, MKİ) İrəvanı sakitləşdirmək üçün Türkiyənin pilotsuz təyyarələrinə qarşı yardım vədi ilə Ermənistanla bu cür danışıqlara gedə bilərdi. Ancaq bu, Ermənistanı Rusiyadan qoparmaq, İrəvanın ABŞ hərbi strukturları ilə işlədiyini göstərmək üçün edildi. Çox güman ki, ABŞ-ın Ermənistan ordusuna kömək etmək üçün heç bir real planı olmayıb”, – deyə E.Özer bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir