Erkan Özoral: “Xocalıda yurdundan didərgin düşən insanlar öz torpaqlarına qayıdacaqlar”

Xocalı qətliamını törədənlər öz cəzalarını mütləq çəkməlidirlər. 

Oxu.Az xəbər verir ki, bu sözləri Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib. 

O bildirib ki, gün gələcək Xocalıda yurdlarından didərgin düşən insanlar öz torpaqlarına qayıdacaqlar: 

“Xocalı qətliamının günahkarları, insanlara qarşı vəhşilik törədənlər öz günahlarını çəkməlidirlər. Artıq Müzəffər Azərbaycan ordusu ərazi bütövlüyünü bərpa edib. İnşallah yaxın zamanda Xocalıdan didərgin düşən şəxslər öz torpaqlarına qayıdacaq. Xocalıda şəhid olanların da ruhu şad olacaq”.

Qeyd edək ki, Erkan Özoral Xocalı faciəsinin 29-cu ildönümü ilə əlaqədar  “Ana fəryadı” abidəsini ziyarət edib.

Könül Cəfərli

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir