Erməni təcavüzü nəticəsində Azərbaycanın mülki itkiləri açıqlandı – FOTO

“Ermənistan silahlı qüvvələrinin Azərbaycanın yaşayış məntəqələrinə ağır artilleriyalardan atəş açması nəticəsində, bu gün səhər saatlarına olan məlumata görə, 43 mülki şəxs həyatını itirib”.

Bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, ermənilərin açdığı atəş nəticəsində 214 dinc sakin yaralanıb.

“1505 yaşayış evi, 277 mülki obyekt və 66 çoxmərtəbəli yaşayış binası yararsız vəziyyətə düşüb”, – deyə məlumatda qeyd edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir