Ermənilər gün sayır: Sülhməramlıların çıxmasından sonra nə olacaq? – VİDEO

Ermənilərin Qarabağdan kütləvi şəkildə qaçması ilə bağlı məlumatlar son günlər Ermənistanın təbliğat maşınının gündəmində xüsusi yer tutub.

“Caliber”in “YouTube” kanalında yayımlanan növbəti təhlilində sözügedən məsələ ilə bağlı maraqlı detallara yer verilib.

Məsələn, erməni tərəfi sözügedən “immiqrasiya”dan sülhməramlıların olduqca narahat olduğunu iddia edib. Qeyd ediblər ki, bu proses regionun demoqrafik vəziyyətində dəyişikliyə səbəb olacaq və insanların yaşamadığı bir ərazinin artıq müdafiəsinə də ehtiyac qalmayacaq.

Layihə müəllifləri həmçinin sülhməramlı kontingentin Qarabağa qayıdan ermənilərlə bağlı reallığa söykənməyən məlumatlarını da ortaya qoyub.

Məsələn 26.01.2021-ci il tarixinə olan vəziyyətə əsasən BMT-nin Qaçqınlarla İş üzrə Ali Komissarlığı regiona 24 993 nəfərin qayıtdığını açıqlayıb. Bu rəqəmi isə Rusiya tərəfi 50 min olaraq göstərib.

Ətraflı videoda:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir