Ermənilərin “BBC News”a aciz Qaragöl etirafı: Azərbaycan sərhəddə istədiyini alıb – VİDEO

Müzəffər Azərbaycan ordusu uzun illərdən sonra tarixi ədaləti hərb meydanında bərpa edib və öz ərazi bütövlüyünü təmin edib. Ordumuz artıq düşmənə bir qarış torpağın belə verilməyəcəyini bütün dünyaya göstərib. Azərbaycan hərbçiləri elə iki ölkənin dövlət sərhədi boyu da məhz bu prinsipdən çıxış edir.

Qəhrəman hərbçilərimizin göstərdiyi bu qətiyyətin nəticəsi isə “BBC News”un regionla bağlı hazırladığı süjetdən sonra daha da aydın olub.

Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətə həsr olunan materialda ermənilərin özləri bir etirafla çıxış ediblər. Qaragöl ətrafındakı vəziyyətlə bağlı danışan ermənilər bildiriblər ki, ərazinin 90 faizi Azərbaycan ordusunun nəzarətindədir. Ətrafdakı hakim yüksəkliklərin hamısı ordumuzun nəzarətindədir və Azərbaycan ordusu istənilən an düşmənin bu gölə çıxışını kəsmək imkanlarına sahibdir.

İrəvandan edilən pafoslu çıxışlardan və rüsvayçı ordunun sağ qalan tör-töküntülərinin bəyanatlarından fərqli olaraq regionda mövcud vəziyyəti görənlər başa düşürlər ki, Azərbaycan öz torpaqlarının bir qarışını belə heç kimə verməyəcək. Onlar anlayıblar ki, Ermənistanda Azərbaycanın qüdrətli ordusuna qarşı dura biləcək bir qüvvə yoxdur, ola da bilməz. Ona görə də hansısa ərazidə Ermənistan ordusunun Azərbaycan hərbçilərini geri çəkilməyə məcbur etməsi, guya mövqelərini yaxşılaşdırması kimi informasiyalar sadəcə İrəvanda oturanların öz xalqının gözünü boyaması, elə ermənilərin özlərinə qarşı törədilən təxribatdır. Həqiqəti isə videoda çıxış edən ermənilər deyir və bu etiraf, aciz çıxışları bir daha Azərbaycanın qüdrətinin İrəvanı sarsıtdığını sübut edir:

Qaragöl bizə aid olduğu üçün Azərbaycan ordusu da lazımı addımları atıb. Bu məsələdə prioritet Bakının mövqeyidir. İrəvandan gələn saxta təhdid və təhrif olunmuş məlumatlar bizim üçün önəm kəsb etmir. Meydanda söz sahibi Azərbaycandır!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir