Ermənistan Baş Qərargahı Azərbaycanın məlumatlarını inkar etmədi

Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisi Artak Davtyan 2020-ci ilin payızında Dağlıq Qarabağdakı münaqişə zamanı Ermənistan tərəfinin “İskəndər” raket sistemlərindən istifadə etməsi barədə şərh verməkdən imtina edib.

Bu barədə “İnterfaks” xəbər yayıb.

“Heç bir şey deyə bilmərəm, çünki bu məlumatın açıqlanması nəzərdə tutulmayıb”, – deyə erməni baş qərargah rəisi bildirib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) martın 15-də ANAMA əməkdaşları tərəfindən aparılan təmizləmə əməliyyatı zamanı Şuşada iki partlamış raketin qalıqlarının aşkarlandığını açıqlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir