“Ermənistan bu təxribatı Azərbaycanı KTMT ilə üz-üzə qoymaq üçün törədib”

Qabil Hüseynli: “Bölgədəki hadisələrin taleyini KTMT-nin ələ almasına imkan vermək olmaz”

Xəbər verdiyimiz kimi, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş katibi Stanislav Zas Azərbaycan və Ermənistan sərhədində vəziyyətin gərginləşməsi ilə əlaqədar Daimi Şuranın təcili iclasının çağırılması təşəbbüsü ilə çıxış edib.

Maraqlıdır, KTMT-nin iclasında Azərbaycan əleyhinə hansısa qərarın çxıması mümkündürmü? Ermənistanın bu təşkilatın üzvü olduğunu nəzərə alsaq, anti-Azərbaycan qərarının çıxma ehtimalı nə dərəcədə realdır?

Açıqlama verən politoloq Qabil Hüseynli Ermənistanın hər vasitə ilə Azərbaycanı KTMT ilə üz-üzə qoymağa çalışdığını vurğuladı:

“Məsələyə obyektiv yanaşılarsa, təbii ki, Ermənistan tərəfinin təcavüzkar tərəf olduğu etiraf olunar. Çünki Ermənistan bnizim torpaqlarımıza hücum edib, layiqli cavabını da alıb. Ilk şəhgidləri də biz vermişik.

Indi ermənilərin ağlaşması fonunda KTMT təcili toplantısını çağırıb. Burada Moskvanın səyləri əsas rol oynayıb. Nə Belarus, nə Qazaxıstan, nə də Qırğızıstan belə məsələlərin müzakirəsinə meyilli deyillər. Ola bilsin ki, Moskva indiki şəraitdə Azərbaycana təzyiq göstərməyə cəhd etsin. Lakin bu, bizim üçün heç bir əhəmiyyətə malik deyil. Azərbaycan heç vaxt KTMT ilə qarşıdurmaya getmək niyyətində olmayıb və bu gün də deyil. Ermənistan bu təxribatı Azərbaycanı KTMT ilə üz-üzə qoymaq üçün törədib.  

Biz torpaqlarımı azad etmək üçün hücum etmək istəsəydik, bunu Ağdam, Füzuli, Tərtər istiqamətində həyata keçirə bilərdik. Bu gün mərkəzi aran rayonlarımız susuzluqdan yanır. Azərbaycan vaxtiylə tikdiyi Sərsəng su anbarına nəzarəti geri qaytarmaq üçün hücum edə bilərdi. Qarşıdurmanın Azərbaycan-Ermənistanm təmas xəttində reallaşması erməni təxribatıdır və kimlərsə bu təxribata dəstək verir.

Azərbaycan yaranmış vəziyyətlıə bağlı ATƏT-ə, BMT-yə müraciət etməlidir.  Minsk qrupunun həmsədrləri susmaqda davam edir. Gərginliyi azaltmaq üçün təşəbbüs göstərmirlər. Azərbaycan bölgədəki hadisələrin taleyini KTMT-nin ələ almasına imkan verməməli, əks-diplomatik həmlələrlə KTMT-nin şantaj xarakterli mümkün bəyanatını zərərsizləşdirməyə nail olmalıdır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir