Ermənistan parlamentinin əməkdaşı azərbaycanlı deputatı ölümlə hədələyir – FOTO

Ermənistan parlamentinin Xarici əlaqələr komitəsinin əməkdaşı Lilit Gozalyan Azərbaycan Milli Məclisinin deputatı Tural Gəncəliyevi hədələyir.

Oxu.Az-ın məlumatına əsasən, bu barədə T.Gəncəliyev özünün “Facebook” hesabında bildirib.

Deputat qeyd edib ki, L.Gozalyan onu həbsxanada başını kəsməklə hədələyir.

“Ermənistanın uzun illərdir yaratdığı Azərbaycanafobiya və etnik nifrətin bariz nümunəsi olan davranışa görə həmin şəxsin tutduğu vəzifəsindən ən qısa müddətdə kənarlaşdırılması labüddür”, – deyə T.Gəncəliyev əlavə edib.

Aqşin Kərimov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir