Ermənistan silahlı qüvvələri mülki infrastrukturu qəsdən hədəfə alır – VİDEO

“Ermənistan silahlı qüvvələri məqsədyönlü şəkildə mülki şəxsləri və mülki infrastrukturu qəsdən hədəfə alır”. 

Oxu.Az-ın müxbirinin məlumatına görə, bunu Xarici İşlər Nazirliyində keçirilən brifinqdə XİN-in Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib. 

O qeyd edib ki, ermənilərin açdığı atəş nəticəsində bu günə qədər 24 Azərbaycan vətəndaşı qətlə yetirilib:

“121 nəfər yaralanıb. Bundan əlavə, Ermənistan tərəfi 300-dən çox evə və digər mülki obyektlərə zərər dəyib”.

L.Abdullayeva qeyd edib ki, Ermənistan XİN və digər rəsmiləri guya Ermənistan ərazisindən Azərbaycan ərazisinə atəş açılmadığını iddia edirlər:

“Amma Azərbaycan tərəfində olan dəqiq faktlar göstərir ki, Azərbaycan ərazisini Ermənistanın Gorus, Sisyan, Berd, Cermuk və Vardenis şəhərlərindən atəşə tutur. Xarici və yerli ekspertlərin iştirakı ilə bu faktlar toplanıb və beynəlxalq qurumlara göndərilib”.

İlhamə Əbülfət

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir