Ermənistandan Rusiya-Azərbaycan bəyannaməsinə reaksiya

Azərbaycanla müttəfiqlik əməkdaşlığı haqqında bəyannamənin imzalanması Rusiyanın suveren hüququdur.

Bu barədə jurnalistlərə açıqlamasında Ermənistan parlamentinin spikeri Akop Arşakyan bildirib.

“Hər bir ölkənin beynəlxalq münasibətləri istədiyi kimi inkişaf etdirmək kimi suveren hüququ var. Bizim Rusiya ilə strateji sazişimiz var və bu saziş ən yüksək səviyyədə həyata keçirilir. Biz ölkələrin öz xarici siyasətini həyata keçirmək üçün suveren hüququna hörmətlə yanaşmalıyıq”, – deyə o bildirib.

Xatırladaq ki, fevralın 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” imzalanıb.

Mənbə: TASS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.