Ermənistanı sarsan gizli görüş iddiası: Paşinyan ölkədən qaçır?

Ermənistan gündəmi baş nazir Nikol Paşinyanla keçmiş prezident Robert Koçaryan arasında gizli görüş barədə məlumatlarla çalxalanır.

Sosial şəbəkənin erməni seqmentində gizli görüş iddiaları ilə bağlı geniş müzakirələr aparılır.

Məsələyə münasibət bildirən Ermənistanın “Milli Demokratik Qütb” hərəkatının rəhbərlərindən biri olan Ayk Martirosyan görüşlə bağlı informasiyanın öz təsdiqini tapacağı halda bunun yalnız bir anlama gələcəyini qeyd edib.

O iddia edib ki, bu görüş hakimiyyətin təhvil verilməsi anlamına gələ bilər. Yəni Nikol Paşinyan təhlükəsizliklə bağlı zəmanət əldə etdikdən sonra hakimiyyətdən istefa verə, hətta ölkəni tərk edə bilər. Bundan sonra isə parlament yeni baş nazir kimi Robert Koçaryanı seçəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir