Ermənistanın atəşə tutduğu Beyləqanda təmir-bərpa işlərinə başlanıldı – VİDEO

Ermənistan silahlı qüvvələrinin təxribatına məruz qalan Beyləqanda təmir-bərpa işlərinə başlanılıb.

Oxu.Az-ın bölgə müxbirinin verdiyi məlumata görə, ağır artilleriya və raketlərdən atəşə tutulan yaşayış məntəqələrimizdən biri olan Beyləqanda küçələr dağıntılardan təmizlənir.

Atəş nəticəsində ciddi maddi ziyan görən obyektlərdə yavaş-yavaş bərpa işlərinə başlanılır.

Sahibkarlar isə bütün bunlara baxmayaraq ruhdan düşmür, hər şeyin qaydasında olduğunu deyirlər.

Mağazasına top mərmisi düşən Beyləqan sakini deyir ki, təki qırılan şüşə olsun:

“İki şüşə, pəncərə qırılmaqla heç nə olmaz. Amma o Ermənistan, Paşinyan bilsin ki, Azərbaycan ordusu gəlir. Ordumuz irəlidədir, biz də ordumuzun arxasındayıq. Mağazadı dağılıb, düzələr. Təki qırılan bunlar olsun. Təki torpaqlarımız qayıtsın, hər şey yaxşı olacaq”.

Rauf Nəsirov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir