Ermənistanın BTC kəmərinə atdığı 300 bombadan yalnız ikisi partlayıb – FOTO/VİDEO

Ermənistan Yevlax ərazisinə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin yaxınlığına qadağan olunmuş 300 ədəd kasetli bomba atıb.

Oxu.Az-ın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, kasetli bombacıqlar konkret olaraq hansı raket vasitəsilə atıldığı məlum deyil. Bununla bağlı mütəxəssislər araşdırma aparır.

Ümumi olaraq 300 ədəd kasetli bomba atılıb, onlardan isə yalnız ikisi partlayıb. 242 ədəd bomba döyüş vəziyyətinə gətirilmədiyi üçün partlamayıb. Bomba daha təhlükəsiz yerə aparılıb, orada məhv ediləcək.

Onlarda 56-sı döyüş vəziyyətinə gətirilib, amma onlar da partlamayıb. Bu bombalar çox böyük təhlükə yaratdığı üçün onlar mütəxəssislər tərəfindən yerindəcə məhv ediləcək.

Ümumilikdə, bu bombalar həm zirehli və digər texnikaların, eyni zamanda canlı qüvvələ və mülki şəxslərin vurulmasında istifadə olunur.

Fərdin İsazadə
Ramil Zeynalov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir