“Expressbank” aztəminatlı ailələrə dəstək göstərməyə davam edir! – FOTO

Cəmi bir neçə gündən sonra 2020-ci ili başa vururuq. Bu il bütün xalqımız üçün çətin olsa da, qələbəmiz məhz bu ili tarixə həkk etdi. Bu il xalqımız bir daha həmrəy olaraq nəyə qadir olduğunu yalnız düşmənə deyil, bütün dünyaya sübut etdi.

Bu həmrəylik sayəsində vətənimizin hər bir sakini, hər bir şirkəti cəbhədə olan əsgərlərimizə, şəhid ailələrinə, düşmən tərəfindən atılan zərbələr nəticəsində dağıntılar zamanı həyatını itirmiş həmvətənlərimizin ailələrinə əlindən gələn köməkliyi göstərərək dəstək olmağa çalışdılar. 

Biz də “Expressbank” olaraq, hər zaman sosial layihələrə böyük önəm və dəyər verərək xalqımızın, vətəndaşlarımızın, xüsusi ilə də aztəminatlı ailələrin yanında olmağa, həmrəy olmağa çalışırıq.

Bu dəfə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası ilə “Expressbank”ın birgə Özünüməşğulluq layihəsi çərçivəsində bankımız həssas əhali qrupuna aid daha beş aztəminatlı ailəyə dəstək oldu.

Belə ki, Mingəçevir sakinləri Zəhra Nağıyeva və Mehriban Qurbanova, Qusar sakini Elçin Xibabayev, Bakı sakini Elza Əzizovanın dərzi kimi və Gəncə sakini Sahib Qasımovun isə diş texniki kimi fəaliyyətə başlayaraq sahibkar adını qazanmaq üçün bütün lazımi avadanlıq, bankımız tərəfindən həmvətənlərimizə təmənnasız təqdim edilib.

Qeyd etmək istərdik ki, bu il ərzində “Expressbank” ümumilikdə 16 aztəminatlı ailəyə dəstək olaraq, onların öz kiçik bizneslərini qurmaq arzularını reallaşdırıb. Növbəti il ərzində də bankımız həssas əhali qrupuna aid ailələrə dəstək göstərməyə davam edəcək.

Biznes və pərakəndə bankçılıq sahəsində geniş çeşiddə bank məhsulu və xidmətlər təklif edən “Expressbank”ın ölkə ərazisində 15 filialı mövcuddur.

Bank haqqında ətraflı məlumatı 132 Məlumat Mərkəzinə zəng edərək, www.expressbank.az saytından və ya bankın sosial şəbəkələrdəki rəsmi səhifələrindən əldə edə bilərsiniz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir