Fahrettin Altun: “Tarixin təhrifi erməni ekstremistlərini cəsarətləndirir”

Tarixi təhrif etmək ABŞ-da yaşayan azərbaycanlıları təhdid edən erməni ekstremistlərini daha da cəsarətləndirir.

Oxu.Az-ın məlumatına görə, Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Fahrettin Altun Los-Anceles şəhərində radikal erməni qüvvələri tərəfindən təşkil olunan aksiyada Azərbaycan bayrağına bürüdülmüş müqəvvanın edam edilməsi səhnəsi ilə bağlı məsələyə münasibət bildirərkən belə deyib.

O, 1982-ci ildə Türkiyənin Los-Ancelesdəki Baş Konsulunu qətlə yetirən erməni terrorçu Hampinq Sasunyanın keçən ay sərbəst buraxıldığını xatırladıb.

“Bu qatillərin cəzasız qalmasının ancaq növbəti ekstremist nəslin təşviq olunmasına xidmət edəcəyi barədə xəbərdarlıq etmişdik”, – deyə Administrasiyasının İctimaiyyətlə əlaqələr idarəsinin rəhbəri əlavə edib.

F.Altun yaranan gərginlikdən narahat olduqlarını bildirərək, bütün təhdidlərə qarşı Azərbaycanın yanında olduğunu vurğulayıb, həmçinin ABŞ hökumətini baş verənlərlə bağlı tədbir görməyə çağırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir