Fransanın Azərbaycandakı səfiri 20 Yanvar faciəsilə bağlı paylaşım etdi – FOTO

Fransanın Azərbaycandakı səfiri Zakari Qross 20 Yanvar faciəsilə bağlı tvit yazıb. Diplomat həmin gecə sovet qoşunlarının məhz dinc sakinlərə atəş açmasını da qeyd edib.

“1990-cı ilin bu günü sovet qoşunları Bakıda insanlara atəş açdı. 130-dan çox dinc nümayişçi və ətrafdakı sadə insanlar öldürüldülər. İki ildən az müddət sonra isə Azərbaycan Sovet İttifaqının tərkibindən çıxaraq, öz müstəqilliyini elan etdi”, -yazaraq səfir hadisəyə öz münasibətini bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir