Gürcüstan Prezidenti Azərbaycan səfirini qəbul edib

Gürcüstan Prezidenti Salome Zurabişvili Azərbaycanın Gürcüstana təyin olunmuş yeni səfiri Faiq Quliyev ilə tanışlıq görüşü keçirib.

Bu barədə Gürcüstan Prezident Administrasiyasının mətbuat xidməti məlumat yayıb.

Faiq Quliyev etimadnaməsini Zurabişviliyə təhvil verib.

Prezident Adminstrasiyasında rəsmi görüşdən sonra tərəflər bölgədəki sülhün və sabitliyin əhəmiyyətindən danışıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir