Gürcüstanın XİN naziri Azərbaycana gələcək

Gürcüstanın baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani yaxın zamanlarda Azərbaycana səfər edəcək.

“Report” xəbər verir ki, o, bu barədə keçirdiyi brifinqdə məlumat verib.

Onun sözlərinə görə, qonşu ölkələrə səfərlər zamanı əsas müzakirə mövzularından biri iqtisadi diplomatiya ilə bağlı olacaq: “Səfərlər çərçivəsində Gürcüstan üçün vacib olan geosiyasi layihələr, ölkəyə əlavə yüklərin cəlb olunması məsələləri də nəzərdən keçiriləcək”.

D.Zalkaliani bildirib ki, Gürcüstan üçün geosiyasi layihələrin stimullaşdırılması çox önəmlidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir