Hərb tarixində yeni səhifə: Aparıcı ölkələr Vətən müharibəsini öyrənir – VİDEO

Böyük orduya sahib bir çox ölkələr o cümlədən ABŞ, Almaniya, Böyük Britaniya ikinci Qarabağ müharibəsinin aspektlərini öyrənir. Vətən müharibəsində rəşadət göstərən ordumuzu nümunə götürərək, öz hərbi birləşmələrini müasir standartlara uyğunlaşdırmaq istəyirlər. 

Deputat Cavid Osmanov Baku TV-yə bildirib ki, Vətən müharibəsi dünya hərb tarixində yeni səhifə oldu:

“Bəzi ölkələr milyonlarla pul xərclədikləri ağır hərbi texnikaların dövrünün artıq başa çatdığını anladı. Bir sıra ölkələrin Azərbaycanın İkinci Qarabağ müharibəsində istifadə etdiyi texnikaların nümunələrini hazırlamağa başlaması da bunun təzahürüdür”.

Politoloq Zaur Məmmədov qeyd edib ki, Vətən müharibəsində qəhrəman ordumuz dünyaya bir çox ilklər göstərdi:

“Ordumuzun yeni tipli müharibə aparması ilə yanaşı, hərbçilərimizin rəşadətini də xüsusi vurğulamaq lazımdır. 30 ilə yaxın bir vaxt ərzində Qarabağda qurulan, ermənilərin keçilməz hesab etdikləri müdafiə istehkamlarının cəmi 44 gündə darmadağın edilməsi, sıldırım qayaları fəth edərək, çətin relyef şəraitində aparılan döyüşlər bizi qələbəyə apardı”. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir