Hərbi ekspert: “Ermənistan artıq suverenliyinin bir hissəsini itirməsi ilə barışıb”

Son həftələrdə Ermənistanın Sünik vilayətində, yəni Naxçıvana gedən Zəngəzur dəhlizinin keçməli olduğu yerdə yeni Rusiya hərbi bazasının yaradılması məsələsi aktiv şəkildə müzakirə edilir.

Kiyev Hərbi Hüquq Tədqiqatları Mərkəzinin rəhbəri Aleksandr Musienko Caliber.Az-a müsahibəsində qeyd edib ki, məhz Ermənistan tərəfi bu məsələdə maraqlıdır.

“Diqqət yetirin: Azərbaycan ordusuna məğlub olduqdan sonra ermənilər səfərbərlik resurslarını toplaya bilmədilər. Artıq dediyim kimi, Ermənistan problemlərinin digər dövlətlər tərəfindən həll edilməsi variantı onları qane edir”- deyə Aleksandr Musienko vurğulayıb.

O bildirib ki, Ermənistan, məsələn, KTMT-də çıxış etmək qərarına gələndə, suverenliyinin bir hissəsinin itirilməsi ilə artıq barışmışdı:

“Bu baxımdan, Ermənistan tərəfi müharibədə kömək edilmədiyi zaman incik görünürdü. Nikol Paşinyanın “İskəndər”lərin partlamadığını deməsini bir daha xatırlaya bilərik və s. Ona görə də, Ermənistan ərazisində daha bir Rusiya hərbi bazasının olub-olmamasının bir önəmi yoxdur”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir