“Haber Global” Əli Əsədovun Ankara səfərindən reportaj hazırladı – VİDEO

Baş nazir Əli Əsədovun Türkiyəyə səfəri çərçivəsində ilk olaraq ölkənin mərkəzində Anıtqəbiri ziyarət edib. Atatürkün məzarı önünə əklil Ə.Əsədov şəhidlərin ruhunu bir dəqiqəlik sükutla anıb.

“Haber Global” məlumat verir ki, bundan sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ə.Əsədovu Prezident iqamətgahında qəbul edib.

Mətbuata qapalı keçirilən görüşdə Türkiyə prezidentinin köməkçisi Fuad Oktay da iştirak edib.

Görüşdə Dağlıq Qarabağ və ətraf rayonlarda yaşananlar, görüləsi tədbirlərlə bağlı müzakirələr aparılıb.

Sonradan F.Oktay Ə.Əsədovla təkbətək görüşüb. Ə.Əsədov həm Vətən müharibəsi zamanı, həm də peyvəndlə əlaqəli dəstəyə görə qardaş ölkəyə təşəkkür ünvanlayıb. F.Oktay Türkiyənin həmişə Azərbaycana dəstək göstərəcəyini vurğulayıb. 

Görüşdə əsas müzakirə mövzusu iki ölkə arasında münasibətlərin daha da gücləndirilməsi olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir