“Haber Global” Azərbaycan və Türkiyə Baş prokurorlarının Gəncə səfərini işıqlandırıb – VİDEO

“Haber Global” mediaşirkəti Türkiyə Respublikası Ali Məhkəməsinin Baş prokuroru Bəkir Şahinin başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycan Baş prokuroru Kamran Əliyevlə birlikdə Gəncə şəhərinə səfəri barədə süjet hazırlayıb.

Süjetdə ilk öncə rəsmilərin Gəncənin girişində yerləşən Nizami məqbərəsini ziyarət etdikləri bildirilib.

Daha sonra hər iki baş prokurorun və nümayəndə heyətlərinin 44 günlük Vətən müharibəsi zamanı Ermənistan silahlı birləşmələrinin Gəncə şəhərinin raket atəşinə tutulduğu ərazisində olduqları diqqətə çatdırılıb.

Bəkir Şahinin Ermənistanın işlədiyi müharibə cinayətlərinin beynəlxalq məhkəmələrə çıxarılması üçün Türkiyənin Azərbaycana hər cür lazımi yardım göstərməyə hazır olduğunu qeyd etdiyi vurğulanıb.

Daha ətraflı videomaterialda:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir