Haber Global: “Erməni vəhşilikləri ilə bağlı hesabat beynəlxalq təşkilatlara təqdim olunacaq” – VİDEO

Türkiyənin İnsan Hüquqları və Bərabərlik İdarəsi nəzdində yaradılmış Qarabağ İnsan Hüquqları Müşahidə Qrupu tərəfindən “Ermənistanın Qarabağdakı əməlləri: İnsan hüquqları pozuntuları və pozuntuların izlənilməsi hesabatı”nı hazırlanıb.

“Haber Global”ın məlumatına görə, hesabatda Ermənistanın illərlə törətdiyi insan hüquqları pozuntuları foto və sənədlərlə birgə ortaya qoyulub. Hesabat həmçinin ingilis dilinə də tərcümə edilib. Sözügedən sənədin BMT və Avropa Şurasına təqdim ediləcəyi qeyd olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir