Hikmət Hacıyev: “Bakı “3+3” formatının yaradılması üçün diplomatik kanallarla əlaqələri davam etdirir”

“Bakı diplomatik kanallar vasitəsilə üç Zaqafqaziya respublikası – Ermənistan, Azərbaycan və Gürcüstanın, həmçinin Rusiya, İran və Türkiyənin iştirakı ilə tərəfdaşlarla “3+3” regional əməkdaşlıq mexanizminin yaradılmasını müzakirə etməkdə davam edir”.

Bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

“Bu format regionda gələcək əməkdaşlığın istiqamətlərini müəyyən edir. Hazırda bu məsələ ilə bağlı diplomatik kanallar vasitəsilə təmaslar aparılır. Ümumilikdə, Azərbaycan bu prosesi dəstəkləyir”, – deyə o, “Dünya COVID-19-dan sonra” VIII Bakı Qlobal Forumunda bildirib.

“Bu formatın əsasında müzakirələrimizi davam etdirməyə və yeni mexanizm, regional əməkdaşlıq platforması yaratmağa hazırıq”.

Mənbə: TASS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir