Hikmət Hacıyev: “Erməni diasporunun liderləri qəhvə içə-içə Ermənistanı işğala səsləyir”

“Ermənistan strateji yanaşmasını dəyişməlidir. Ermənistan işğalçılıq strategiyasından əl çəkməlidir, çünki işğal Ermənistanın özünə ziyanlar gətirdi”. 

Oxu.Az xəbər verir ki, bunu VIII Qlobal Bakı Forumunun panel müzakirələrində prezidentin köməkçisi Hikmət Hacıyev deyib.

O bildirib ki, Ermənistan məhrum olduğu iqtisadi potensialları bərpa etmək üçün qonşu ölkələrə olan ərazi iddialarından əl çəkməlidir.

“Ermənistanın iqtisadi potensialı qonşu ölkələrdən asılıdır. Ona görə də, Ermənistan olanlardan dərs çıxarmalıdır. Erməni diasporunun liderləri Los-Ancelesdə, Parisdə oturub qəhvə içə-içə Ermənistanı işğala səsləyir. Erməni diasporu da öz iddialarına son qoymalıdır ki, proseslər normallaşsın”, – deyə H.Hacıyev əlavə edib.

Aqşin Kərimov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir